Bələdiyyə seçkilərində pozuntular - Topa bülletenlər və MSK-nın kamerasına düşənlər
'Kaş suyun, qazın pulunu aşağı edərdilər' - Bələdiyyə seçkilərindən gözləntiniz nədir?
79 saylı Astara seçki dairəsinin 6 saylı seçki məntəqəsində bir halda səsvermə kabinasına eyni vaxtda iki nəfərin girdiyi ilə bağlı şikayət var. Amma bu şikayətə məntəqə və dairə seçki komissiyasından münasibət almaq mümkün olmayıb.
"Məntəqədən çıxmağa da imkan vermirdilər"
Reportyor Nurlan Qəhrəmanlı deyir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 26 saylı seçki məntəqəsində ona çəkiliş etməyə imkan verilməyib: "Dedilər ki, jurnalist vəsiqəmin müddəti bitib. Halbuki, bu, belə deyil. Sonra polis çağıracaqlarını dedilər. Mən məntəqədən çıxmaq istəyəndə ona da imkan vermirdilər. Axırda məntəqədən çıxa bildim".
23 saylı Nəsimi-Səbail seçki dairəsindən "Turan"a reportyora təzyiq göstərilməsi ilə bağlı onun dediklərini təkzib ediblər.