Azərbaycanda 6-cı bələdiyyə seçkisi başladı: Bu ilki seçki barədə nə bilirik?
Saat 08:00-da səsverməyə start verilib. Səsvermə saat 19:00-da bitəcək.
Seçkilərə bu dəfə ölkə üzrə 23 siyasi partiya qoşulub. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkilərdə iştirak etmədiyini açıqlayıb. Onlar ölkədə azad və ədalətli seçkilər üçün şəraitin olmadığını düşünürlər. Hərçənd rəsmilər bununla razı deyillər.
Son dönəmlər, ötən il də daxil, qanunvericiliyə dəyişikliklər edərək bələdiyyələrin sayı azaldılıb.1999-cu ildə ölkədə keçirilən ilk bələdiyyə seçkiləri ilə 2 min 757 bələdiyyə formalaşmışdı.