Növbədənkənar əmr
İyunun 28-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki sentyabrın 1-nə təyin edilib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərin önə çəkilməsini Bakıda keçiriləcək COP29-la bağlayaraq bunu konstitusiyaya uyğun adlandırsa da, bir çox müxalifət partiyaları buna qarşı çıxırlar. Onlar seçkilərin tarixinin önə çəkilməsinə ehtiyac olmadığını, bunun tez-tələsik seçkiləri saxtalaşdırmaq niyyətinə xidmət etdiyini açıqlayıblar.
![Növbədənkənar əmr](https://d34xy23xa7o0an.cloudfront.net/01000000-0aff-0242-112f-08dc979fc8fa_w250_r0.jpg)