Keçid linkləri

2025, 05 Fevral, çərşənbə, Bakı vaxtı 21:51
'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu

Bələdiyyə seçkilərində pozuntular - Topa bülletenlər və MSK-nın kamerasına düşənlər

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə (5 mindən çox məntəqədə) seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Seçkilər nəticəsində 685 bələdiyyəyə 8 min civarında üzv seçilməlidir.

Altı məntəqədə nəticələr ləğv edilib

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bununla bağlı qərar fevralın 3-də keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda bildirilib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib. Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. Bununla da həmin bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab olunur. Sözügedən bələdiyyənin tərkibinə Sabirabad rayonun Ağcüyür və Bəcirəvan kəndləri daxildir.

Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə də bir seçki məntəqəsinin nəticələri ləğv edilib.

Vurğulandığına görə, bələdiyyə seçkilərindən sonra MSK-ya 20, dairə seçki komissiyalarına isə 10 müraciət daxil olub. 119 saylı Ağdam kənd və 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib. 69 saylı Biləsuvar və 82 saylı İmişli-Saatlı seçki dairələri üzrə müraciətlər araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.

Bir həftə öncə, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə (5 mindən çox məntəqədə) seçkilərdə 16 mindən çox namizəd iştirak edib. Seçkilər nəticəsində 685 bələdiyyəyə 8 min civarında üzv seçilməlidir.

XS
SM
MD
LG