98 il əvvəl rus rejissor Boris Svetlovun neftlə zəngin ərazilərdə bir parça çörəyə möhtac insanların həyatından bəhs edən "Neft və milyonlar səltənətində" filmini çəkdiyi ərazi - Balaxanı-Xorazanda vəziyyət indi necədir, fərq varmı? Abbas Atilay fotolarla danışır.
"Neft və milyonlar kəndi" - Balaxanı bu gün.
![Balaxanı kəndi Bakının Şimal-Şərqində, Abşeron yarmadasının mərkəzində yerləşir. Bakının ən qədim kəndlərindən biridir. Qədimiliyi ilə yanaşı neftlə zənginliyi ilə də seçilir.](https://d34xy23xa7o0an.cloudfront.net/7dd96157-49b2-417e-99b9-61754c12f8a3_w1024_q10_s.jpg)
1
Balaxanı kəndi Bakının Şimal-Şərqində, Abşeron yarmadasının mərkəzində yerləşir. Bakının ən qədim kəndlərindən biridir. Qədimiliyi ilə yanaşı neftlə zənginliyi ilə də seçilir.
![1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır, quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar.](https://d34xy23xa7o0an.cloudfront.net/a69dbf8f-b91c-412c-b90e-734a83825d11_w1024_q10_s.jpg)
2
1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır, quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar.
![Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.](https://d34xy23xa7o0an.cloudfront.net/aa69f707-4ccf-4843-b563-109aa84024ce_w1024_q10_s.jpg)
3
Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
![Neftlə zəngin olmasına baxmayaraq tarixən yerli əhali o qədər də bu zənginlikdən fayda götürməyiblər. Hətta bu mövzu film mövzusu da olub. Rus rejissor Boris Svetlovun İbrahim bəy Musabəyovun əsəri əsasında 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmini Balaxanı yanındakı "Xorazan" adlı yerdə çəkmişdir.](https://d34xy23xa7o0an.cloudfront.net/02c45ca8-71d9-472c-8744-86a68873fd69_w1024_q10_s.jpg)
4
Neftlə zəngin olmasına baxmayaraq tarixən yerli əhali o qədər də bu zənginlikdən fayda götürməyiblər. Hətta bu mövzu film mövzusu da olub. Rus rejissor Boris Svetlovun İbrahim bəy Musabəyovun əsəri əsasında 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmini Balaxanı yanındakı "Xorazan" adlı yerdə çəkmişdir.