Şamaxının qədim Dəmirçi kəndi iki çay arasında yerləşir. Gözəl coğrafi qruluşu ilə yanaşı, maraqlı tarixi və ürəkağrıdan problemləri də var. Abbas Atilay orda olarkən Dəmirçi toyunda da iştirak edib. Fotolarda izləyin.
Şamaxının dəmirçisiz Dəmirçi kəndi.
![Mikayıl müəllim deyir ki, 50-60 ailə varsa bu kənddə onun 3-4 nəfəri məktəbdə, 3 nəfəri bələdiyyədə işləyir, qalan camaat işsizdir, indi siz deyin, biz 600 manatı hardan tapaq odun üçün. Ona görə kimin imkanı var kənddən qaçır, üz tutur daha yaxşı yerlərə. Buna görə də kənd boşalır.](https://d34xy23xa7o0an.cloudfront.net/e74885bc-c2e4-44bd-8462-f4a0235c1fd4_w1024_q10_s.jpg)
5
Mikayıl müəllim deyir ki, 50-60 ailə varsa bu kənddə onun 3-4 nəfəri məktəbdə, 3 nəfəri bələdiyyədə işləyir, qalan camaat işsizdir, indi siz deyin, biz 600 manatı hardan tapaq odun üçün. Ona görə kimin imkanı var kənddən qaçır, üz tutur daha yaxşı yerlərə. Buna görə də kənd boşalır.
![Bu kəndin əsasını Lahıc tərəflərdən gələn dəmirçilər qoyduğu üçün kənddə dəmirçi sexləri hədsiz sayda olub. 60-cı illərə qədər kənddə 25-ə yaxın dəmirçi sexində iş görülüb. Sovetlər dağılan vaxt bu say təqribən 10-a düşüb. İndi isə kənddə üç dəmirçi dəmir döyür. İşləməyən dəmirçi sexindən biri.](https://d34xy23xa7o0an.cloudfront.net/66c4e4c4-417b-403c-8586-a618b46bf349_w1024_q10_s.jpg)
6
Bu kəndin əsasını Lahıc tərəflərdən gələn dəmirçilər qoyduğu üçün kənddə dəmirçi sexləri hədsiz sayda olub. 60-cı illərə qədər kənddə 25-ə yaxın dəmirçi sexində iş görülüb. Sovetlər dağılan vaxt bu say təqribən 10-a düşüb. İndi isə kənddə üç dəmirçi dəmir döyür. İşləməyən dəmirçi sexindən biri.
![Peşəsini atasından öyrənmiş Fəxrəddin usta vəziyyətdən gileylənir: Əvvəl insanlar əl istehsalı məhsulları istifadə edirdi, bizim dəmir döyməyimizə ehtiyac var idi, amma indi ta mənim hazırladığım bıçaq heç kimə lazım deyil, çünki camaat “kitayski” bıçaqları çox ucuz qiymətinə alır. Ona görə də bir çox ağıllı dəmirçi sexini bağlayıb alverlə məşğul olur.](https://d34xy23xa7o0an.cloudfront.net/78761d22-248d-4086-baf8-46e907f99da6_w1024_q10_s.jpg)
7
Peşəsini atasından öyrənmiş Fəxrəddin usta vəziyyətdən gileylənir: Əvvəl insanlar əl istehsalı məhsulları istifadə edirdi, bizim dəmir döyməyimizə ehtiyac var idi, amma indi ta mənim hazırladığım bıçaq heç kimə lazım deyil, çünki camaat “kitayski” bıçaqları çox ucuz qiymətinə alır. Ona görə də bir çox ağıllı dəmirçi sexini bağlayıb alverlə məşğul olur.
![Kənddə əsil peşəsi dəmirçilikdən əl çəkmiş ustalardan biri.](https://d34xy23xa7o0an.cloudfront.net/1a1d8fd8-f4db-4959-a0a4-fbd63c629ee2_w1024_q10_s.jpg)
8
Kənddə əsil peşəsi dəmirçilikdən əl çəkmiş ustalardan biri.