Sovet-İran sərhədlərinin ilk söküntüsü Şərur rayonunun Şahtaxtı kəndində (indi Şahtaxtı Kəngərli rayonuna daxildir) gerçəkləşib. Bu fotolar 31 dekabr 1989-cu ildə baş verən ilk söküntülər ərəfəsində çəkilib.
Sovet-İran sərhədləri ilk dəfə Şahtaxtıda söküldü
![Şərur rayon özünümüdafiə batalyonunun rəhbəri Şahmərdan Cəfərov (sağda) aksiyaçıları atəş açacaqları ilə hədələyən sovet əsgərləri ilə danışıqlar aparır.](https://d34xy23xa7o0an.cloudfront.net/c0c5adca-bfc4-496d-8953-09345d97fd4c_w1024_q10_s.jpg)
1
Şərur rayon özünümüdafiə batalyonunun rəhbəri Şahmərdan Cəfərov (sağda) aksiyaçıları atəş açacaqları ilə hədələyən sovet əsgərləri ilə danışıqlar aparır.
![Aksiyaçıların hər an sərhədləri sökə biləcəyindən ehtiyat edən Sovet əsgərləri onlarla üzbəüz tankın üzərində keşik çəkirlər.](https://d34xy23xa7o0an.cloudfront.net/85a51a88-a64f-419c-94cc-dc086c3a07c6_w1024_q10_s.jpg)
2
Aksiyaçıların hər an sərhədləri sökə biləcəyindən ehtiyat edən Sovet əsgərləri onlarla üzbəüz tankın üzərində keşik çəkirlər.
![Aksiyaya qatılanlar yasaq sərhəd zolağında xatirə fotosu çəkdirirlər. Zolağın o tayında – Araz çayı sahilində sərhədçilərə kömək üçün göndərilən sovet əsgərləri çadır qurub keşik çəkirlər.](https://d34xy23xa7o0an.cloudfront.net/e2ef5158-e1c6-4dd1-b0c4-0b691779203d_w1024_q10_s.jpg)
3
Aksiyaya qatılanlar yasaq sərhəd zolağında xatirə fotosu çəkdirirlər. Zolağın o tayında – Araz çayı sahilində sərhədçilərə kömək üçün göndərilən sovet əsgərləri çadır qurub keşik çəkirlər.
![Aksiyaçıların sərhəd boyunca keşik postları qurduğunu görən sovet əsgərləri öz mövqelərini bərkidirlər.](https://d34xy23xa7o0an.cloudfront.net/1f40364a-d260-465d-a104-08acacb866cd_w1024_q10_s.jpg)
4
Aksiyaçıların sərhəd boyunca keşik postları qurduğunu görən sovet əsgərləri öz mövqelərini bərkidirlər.