Bir çoxlarımızın adını eşidib, amma görmədiyimiz Qaxın İlisu kəndi. Abbas Atilayın fotoları bu dəfə hər yay turistlərlə dolu olan bu kənddən danışır.
Rəngarəng və qədim İlisu kəndi.
![Kənd bir yaşayış məskəni kimi XIII əsrdə formalaşmışdır. Kənddə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar.](https://d34xy23xa7o0an.cloudfront.net/2d7573fb-24a1-4a3b-99f7-e3ce048e93da_w1024_q10_s.jpg)
5
Kənd bir yaşayış məskəni kimi XIII əsrdə formalaşmışdır. Kənddə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar.
![Həmin ərazidəki qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. XIII əsrdən başlayaraq Qax ərazisindən köçən insanlar İlisunun kifayət qədər genişlənməsində rol oynamışlar.](https://d34xy23xa7o0an.cloudfront.net/04c9f164-12f6-4e70-b1d0-6518e2be0758_w1024_q10_s.jpg)
6
Həmin ərazidəki qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. XIII əsrdən başlayaraq Qax ərazisindən köçən insanlar İlisunun kifayət qədər genişlənməsində rol oynamışlar.
![Bu kənd bir zamanlar Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların və ətraf bölgələrdə yaşayan yerli camaatın İlisu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.](https://d34xy23xa7o0an.cloudfront.net/914a0ced-3d50-4f96-954a-14de1631086b_w1024_q10_s.jpg)
7
Bu kənd bir zamanlar Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların və ətraf bölgələrdə yaşayan yerli camaatın İlisu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
![1562-ci ilə Səfəvi hökmdarı I Təhmasibin fərmanı ilə İlisu Sultanlığını yaradan Samux bəyləri Sultanlığın mərkəzini XVII əsrdən sonra bu yaşayış yerinə köçürmüşlər.](https://d34xy23xa7o0an.cloudfront.net/05ca86ce-b27d-46df-945c-dddefc31542d_w1024_q10_s.jpg)
8
1562-ci ilə Səfəvi hökmdarı I Təhmasibin fərmanı ilə İlisu Sultanlığını yaradan Samux bəyləri Sultanlığın mərkəzini XVII əsrdən sonra bu yaşayış yerinə köçürmüşlər.