Gürcüstanın Ermənistanla sərhədindəki Tsopi kəndində azərbaycanlılarla ermənilər illərdir birgə yaşayırlar. Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında qanlı müharibə illərində - 1990-cı illərin əvvəlində də, münaqişə vəziyyətinin davam etdiyi indiki dövrdə də bu kənddə hər iki etnik qrupdan olan insanlar bir-birinin xeyir-şərinə yarayırlar. Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Tsopidən britaniyalı jurnalist Onnik James Krikorian-ın çəkdiyi fotolar. Müəllifin başqa fotoları ilə burada tanış ol.
Ermənilərlə azərbaycanlıların birgə yaşadıqları kənd
![Azərbaycanlı və erməni uşaqlar dostlarının ad günü mərasimində.](https://d34xy23xa7o0an.cloudfront.net/da37859e-ae6e-4bc0-8d03-bfc91818937f_w1024_q10_s.jpg)
1
Azərbaycanlı və erməni uşaqlar dostlarının ad günü mərasimində.
![Tsopi-nin erməni sakinləri.](https://d34xy23xa7o0an.cloudfront.net/4a16c8b2-e556-458d-9a4b-9ec745fa9fb3_w1024_q10_s.jpg)
2
Tsopi-nin erməni sakinləri.
![Kasıblıq olsa da kənd sakinləri sülh içində yaşayırlar. ](https://d34xy23xa7o0an.cloudfront.net/3969493f-68b4-4ab4-b7a9-e14f54281ba2_w1024_q10_s.jpg)
3
Kasıblıq olsa da kənd sakinləri sülh içində yaşayırlar.
![Britaniyalı jurnalist yazır ki, bu kənddə ilk baxışdan kimin hansı etnik qrupa mənsub olduğunu seçmək olmur. Azərbaycanlılar erməni, ermənilər də Azərbaycan dilində tər-təmiz danışırlar. ](https://d34xy23xa7o0an.cloudfront.net/3bbd93cd-430e-46cb-851d-7c3adb0fe0ed_w1024_q10_s.jpg)
4
Britaniyalı jurnalist yazır ki, bu kənddə ilk baxışdan kimin hansı etnik qrupa mənsub olduğunu seçmək olmur. Azərbaycanlılar erməni, ermənilər də Azərbaycan dilində tər-təmiz danışırlar.